Bakının Binqədi rayonunun Biləcəri qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Modern.az-a istinadən xəbər verir.
Hadisə “Yeni” yaşayış massivi adlanan ərazidən keçən yolda qeydə alınıb. “Hundai” markalı avtomobil əks-istiqamətdən gələn “Mercedes” markalı nəqliyyat vasitəsinə çarpılıb. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.