Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Adıçəkilən ərazidə hərəkətdə olan zaman “KamAZ” markalı yük avtomobili və “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.