Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində əlvan metallar anbarından oğurluq edilib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, eləcə də Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov Biləcəri qəsəbəsində yerləşən anbardan 32.800 AZN dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırmalar davam edir.