Binəqədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Zəngilan rayon sakini İ.Qafarov yolu keçən zaman qəsəbə sakini Z.Fərəcov idarə etdiyi “Toyota” markalı avtomobillə onu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.