Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir qadının 110 manat pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.