Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 1000 kv.m sahədə icazə vərəqəsi olmadan qeyri-yaşayış obyektinin inşası aşkar edilib.
Qanunsuz tikiliyə müdaxilə edilib və obyekt sökülüb.