Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“KamAZ” markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və qəfil manevr etməyə başlayıb. Bu zaman qoşquda olan taxtalar yola dağılıb. Nəticədə ərazidə tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.