Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
24 yaşlı Nizami Salmanov Xurşidbanu Natəvan küçəsindən keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.