Binəqədi rayonunda əcnəbi vətəndaş bıçaqlanıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. 21 yaşlı Türkiyə Respublikası vətəndaşı Evcil Abdulhakim tanışı və həmyaşıdı Elvin Məmmədov tərəfindən bıçaqlanıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.