Binəqədi rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. 59 yaşlı Elxan Dadaşzadə küçədə qaz borusundan özünü məftil ilə asıb. Onun meyitini qonşular aşkar ediblər.
Bildirilir ki, E.Dadaşzadə ailəsindən və qohumlarından ayrı tüfeyli həyat tərzi keçirib.