Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazalardan birinin qarşısından elektrik naqilini oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, oğurlanan malların dəyəri 2500 manatdır. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəriman Nadirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.