Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ayxan Hacıyev saxlanılıb.
O, mağazadan 1000 manat dəyərində tütün məmulatı, kafedən isə 2300 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.