Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fevralın 13-də saat 11:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qazax rayon sakini S.Tağıyev idarə etdiyi “QAZ-3307” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini T.Zeynalovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.