Binəqədi rayonu, Biləcəri qəsəbəsində qadın liftdə həyatını itirib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Hadisə qəsəbənin Yəhya Hüseynov küçəsində baş verib. 44 yaşlı qadın liftə daxil olan zaman lift qəfil hərəkət edib və qadın arada qalaraq vəfat edib.
“Bizim lift 3-4 gündür bu vəziyyətdədir. Qapı bağlanmamış lift hərəkət edir. Qadının başı, bir qolu və bir ayağı çöldə qalıb və lift hərəkət edib. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”, – deyə sakinlər şikayət edirlər.