Binəqədi rayonunda taxta sexi yanıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli tikili tamamilə kül olub. Nəticədə içəridə olan 5 ədəd dəzgah alışıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.