Binəqədi rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. 79 yaşlı Boris Aslanov uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Ehtimal olunur ki, o, bu səbəbdən yataq otağında qapının tutacağından kəndirlə özünü asaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.