Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən yolda minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri – 43 yaşlı Bəhruz Allahverdiyev və 36 yaşlı Cavid Quliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.