Bakı sakini Biləsuvarda dəm qazından zəhərlənib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
61 yaşlı Füzuli Əliyev ötən gün axşam saatlarında kirayə qaldığı evdə dünyasını dəyişib.
Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.