Xəzər rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. 61 yaşlı Mədinə Rzayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.