Paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində hərbi sursat aşkarlanıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə 1 ədəd 122 mm-lik OF-462 top mərmisi aşkar edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Əraziyə giriş bağlanıb və hərbi sursat təhlükəsiz yerə götürülüb. Daha sonra ətraf ərazilərə baxış keçirilib və hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[caption id="attachment_78958" align="alignnone" width="640"]
Foto FHN-nin Youtube kanalı[/caption]