Bakının Binəqədi rayonu, 8-ci mikrorayonda yanğın hadisəsi baş verir. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Hadisə Süleyman Sani Axundov küçəsində yerləşən yeni tikilən binada qeydə alınıb. Yanğına səbəb elektrik naqillərdəki problemlə bağlı olduğu bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Yanğında ölən və xəsarət alan olmayıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/08/34177.mp4"][/video]