Bakının Binəqədi-Novxanı yolunda ötən gün piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“BMW” markalı avtomobil yolu keçən piyadanı vurub. Yaralı ağır vəziyyətdə patrul avtomobili ilə dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.