Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti bərpa olunub.
12:10 - Binəqədi şosesində hərəkət məhdudlaşdırılıb
Binəqədi rayonunda avtomobil yolu bağlanıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə rayonun Binəqədi şosesi - “Baksol” yolu istiqamətində baş verib. Ərazidə baş verən yanğın səbəbindən avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.
Sürücülərə alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.