Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qadın piyadanı avtomobil vurub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
55 yaşlı Gülbəniz Babayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.