Bakının Binəqədi rayonunda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Binəqədi qəsəbəsində, sosial evlər inşa edilən ərazidə qeydə alınıb. Ərazidə fəhlə kimi çalışan Qazax rayon sakini, 32 yaşlı Sənan Hacıyevin ayağına daş düşüb.
Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub.