Paytaxtın Binəqədi rayonunda avtomobil qaçıran şəxs tutulub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun eyniadlı qəsəbəsində baş verib. Goranboy rayon sakini S.Tağıyev “Chevrolet” markalı avtomobili qaçırıb. O, nəqliyyat vasitəsi ilə birlikdə qəsəbə ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.