Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qardaş bacısının ölümünə dözməyərək özünə qəsd edib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
68 yaşlı Aydın Şəmsəddinov adıçəkilən qəsəbədə yerləşən mənzildə özünü asaraq intihar edib. Evdə onun bacısı, 62 yaşlı Səidə Şəmsəddinovanın da meyiti aşkarlanıb. Qohumların sözlərinə görə, qadın şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi və yataq xəstəsi idi. Ehtimal olunur ki, Aydın Şəmsəddinov bacısının ölümünə dözməyərək intihar edib.
Faktla bağlı araşdırmaya başlanılıb.