Paytaxtın Binəqədi rayonunda azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə avtomobil yolunu keçən 10 yaşlı Ariz Muradovu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.