Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 250 kv.m olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 kv.m sahədə, həmçinin bitişik sahəsi 25 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan tullantılar yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.