Bakının Binəqədi rayonunda 2 uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in “112″ qaynar telefon xəttinə uşaqların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində uşaqlar xilas ediliblər.