Binəqədi rayonunda avtomobil piyadaları vuraraq öldürüb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı Naməd Bayramov və 22 yaşlı Əvəz Hüseynli avtomobil yolunu keçən zaman onları 30 yaşlı Rasim Qasımov ”Prius” markalı avtomobillə vurub. Nəticədə piyadalardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat ediblər.
Faktla bağlı cinayət işinə başlanılıb.