Binəqədi rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə rayonun 8-ci mikrorayon adlanan ərazisində baş verib. “Prius” markalı nəqliyyat vasitəsi dönmə hərkəti edən zaman “Mercedes” markalı avtomobillə toqquşub. Sonuncu isə yol kənarında dayanan “Nissan”a çarpılıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="828" height="714" mp4="https://bakuplus.az/storage/photos/2023/05/kraskasin-yoxlamaq-ist-yirdi.mp4"][/video]