Bakıda liftdə köməksiz qalan 3 nəfər xilas olunub. Bu haqda 16 noyabr tarixində BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə paytaxtın Binəqədi rayonundan daxil olan 1 müraciət əsasında hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdə köməksiz qalan 3 nəfərin çıxarılması təmin olunub.