Bakının Binəqədi rayonunda körpənin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
3 yaşlı Xədicə Əsgərova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Verilən məlumata görə, Əsgərova reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.