Paytaxtın Binəqədi rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən rayonun 28 May qəsəbəsi, 12-ci küçəsində 33 yaşlı Yeganə Qədirova yaşadığı evdə özünü asaraq öldürüb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırmaya başlanılıb.