Paytaxtın Binəqədi rayonunda yerləşən ikimərtəbəli tikilidə yanğın baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 420 kv.m olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsi 30 kv.m sahədə, 2-ci mərtəbəsi isə 6 kv.m sahədə və 2-ci mərtəbənin dam örtüyü 30 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.