Paytaxtın Binəqədi rayonunda intihar etmək istəyən qadın xəstəxanada ölüb. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Biləcəri qəsəbəsində baş verib. Əvvəllər də intihara cəhd etmiş, depressiya diaqnozu ilə psixi xəstəlikdən əziyyət çəkən 59 yaşlı Ziyafət Mənsimova kimyəvi təmizləmə vasitəsi içib. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.