İtkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Bildirilir ki, 7 yaşlı Mehman Məmmədov polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
11:36 - Binəqədi rayonunda 7 yaşlı oğlan itib
Paytaxtın Binəqədi rayonunda azyaşlı uşaq itib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Biləcəri qəsəbəsi DSK yolu nömrəsiz evdə yaşayan 7 yaşlı Mehman Məmmədov ötən gün evdən çıxıb və geri qayıtmayıb. Uşağın autizm xəstəliyi olduğu bildirilir.
Onun axtarışları aparılır.