Bakının Binəqədi rayonunda azyaşlının iştarakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
9 yaşlı Tohid Məmmədov avtomobil yolunu keçən zaman, onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.