Paytaxtın Binəqədi rayonunda narkotik alverçilərinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cari ilin yanvar-fevral ayları ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində 98 narkotacir saxlanılıb. Ümumilikdə 11 kiloqram heroin, marixuana və metamfetamin dövriyyədən çıxarılıb.
Tutulan şəxslərin bir neçəsi evlərdən və obyektlərdən oğurluq etməkdə də şübhəli bilinirlər.
Əməliyyatlar bu gündən sonra da davam edəcək.
[caption id="attachment_93362" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]