Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Mikroavtobusun sürücüsü hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində 1 qadın və 2 kişi qapalı kəllə-beyin travması alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.