Binəqədi rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Milli.az-a istinadən xəbər verir.
Hadisə metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında baş verib. 100 nömrəli avtobus hərəkətdə olan zaman idarəetmədən çıxıb və bir neçə maşına çarpılıb. Nəticədə 4-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_104230" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]