Paytaxtın Binəqədi rayonunda avtomobil işıq dirəyinə çarpılıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayonun Cavadxan küçəsində "Chevrolet" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və işıq dirəyinə çarpılıb. Nəticədə sürücü xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.
[caption id="attachment_97852" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]