Bakının Binəqədi rayonunda avtomobildən pul oğurlanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Avqustun 3-də Binəqədi qəsəbəsində “Mercedes” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pul oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.