Bakıda oğru saxlanılıb. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda “Kia” markalı bir avtomobildən 230 manat, 300 ABŞ dolları və sənəd oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.