Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, qadının “KİA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çanta oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.