Paytaxtın Binəqədi rayonunda avtomobillərdən oğurluq edilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şuşa şəhər sakini Zaur Mədətzadə və daha 1 nəfər adıçəkilən rayon ərazisində dayanan “Toyota” və “Mitsubishi” markalı ümumilikdə 3 avtomobildən 7000 AZN dəyərində səsboğucular oğurlamaqda şübhəli bilinirlər. Onlardan biri tutulub, digəri isə axtarışdadır.
Həmin şəxslər barəsində araşdırmalar aparılır.