Bakının Binəqədi rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.
Avtoqəza nəticəsində 24 yaşlı Məhərrəm Qəhrəmanov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.