Binəqədi rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində “Opel” və “Ford” markalı minik avtomobilləri toqquşub. Nəticədə maşınların birində 2 nəfər sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları 1 nəfəri yaralı, digərini isə ölmüş vəziyyətdə içəridən çıxarıblar.
Faktla bağlı araşdırmalar davam edir.