Bakının Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 2-ci mərtəbəsində 1 otaqlı mənzildə 1 ədəd masa və 2 kv.m sahədə döşəmə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.